COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
23:59 - 19 İyun 2021
Türkiyənin "Qalatasaray" futbol klubunun yeni prezidenti müəyyənləşib.
Manşet.az xəbər verir ki, seçkidə 5 namizəd - Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan iştirak edib.
Burak Elmas bütün rəqiblərini geridə qoyub. Belə ki, səsvermədə iştirak edən 4 731 şəxsin 1 541-i Elması bu posta layiq görüb.
O, "sarı-qırmızıların" 38-ci prezidenti olub.
Elmas bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin