“Neftçi” “Fənərbaxça”ya uduzdu

00:00 - 30 Noyabr -0001

“Neftçi” “Fənərbaxça”ya uduzdu

Bu gün Sankt-Peterburqda “Neftçi” və “Fənərbaxça” arasında oyun keçirilib.

 

Manset.az xəbər verir ki, “Kubok Pari Premyer” turniri çərçivəsində "Neftçi" matçı 0:1 hesabı ilə uduzub.

Bununla da Bakı təmsilçisi turniri 0 xalla sonuncu pillədə bitirib. “Fənərbaxça” isə 4 xalla üçüncü yeri tutub.

***17:54

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirib.


Manset.az xəbər verir ki, Adrian Mutunun baş məşqçi olduğu kollektiv Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gəlib.

"Smena" stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0. "Fənərbağça"nın qolunu 73-cü dəqiqədə Edin Ceko vurub.

"Ağ-qaralar" ilk matçda Rusiya "Zenit"inə 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, "Neftçi" iyulun 18-də yoldaşlıq oyununda Moskva "Spartak"ı ilə görüşəcək. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin