Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, hadisə rayonun Soxan erdilər kəndində qeydə alınıb. Belə ki "Moskviç" markalı minik avtomobili yoldan çıxaraq aşıb.
Nəticədə avtomobilin sürücüsü və sərnişini 1996-cı il təvəllüdlü Aslanova Fərqanə İslam qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə, Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq F.Aslanovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.