Pakistan Qarabağda yenidənqurma layihələrində iştirak edəcək

13:25 - 19 İyun 2021

Pakistan Qarabağda yenidənqurma layihələrində iştirak edəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Pakistan Milli Mühəndislik Xidmətləri” şirkətinin (NESPAK) nümayəndələri ilə görüşüb.

Manşet.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, Mikayıl Cabbarov ölkəmizin Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Pakistanla iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişlənməsində rolu qeyd edilib.

NESPAK şirkətinin icraçı direktoru Tahir Məsud rəhbəri olduğu şirkətin fəaliyyəti barədə məlumat verib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin də iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək yenidənqurma layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin