COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
11:39 - 19 İyun 2021
Rusiya prezidentinin sözçüsü Dmitri Peksov Türkiyənin Azərbaycanda hərbi baza yaratması istəyinə belə reaksiya verib: “Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, Rusiya müəyyən addımlar atmalı olacaq. Rusiya Türkiyənin hərbi baza qurmaq istəyini yaxından təqib edir. Türkiyənin bu həmləsi qarşısında Rusiya öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün addımlar atmalı olacaq”.
Manşet.az xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu KONKRET.az-a açıqlamasında Peskovun fikirlərini belə şərh edib:
“Peskovun cümlələrində birbaşa və sətiraltı hədələr var. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Peskovun hədələyici açıqlamasına aşağıdakı kimi reaksiya versəydi tam yerində olardı: “Türkiyə Azərbaycanda hərbi baza yaradarsa, bu ikili anlaşma çərçivəsində olacaq və üçüncü dövlətlərə qarşı yönəlməyəcək. Rusiyanın Türkiyənin qonşusu Ermənistanda hərbi bazası var və yenisini yaratması barədə xəbərlər yayılır. Biz Rusiyanın Ermənistanda hərbi bazasını genişləndirməsinə və yenisini yaratması istəyinə müdaxilə etmədiyimiz kimi Türkiyənin də qardaş və müttəfiq saydığı Azərbaycanda hərbi baza qurmaq təşəbbüsünə bir başqa dövlətin qarışmasını yolverilməz hesab edirik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin