Şimali Koreya bu məsələdə ABŞ-ı ittiham etdi

00:00 - 30 Noyabr -0001

Şimali Koreya bu məsələdə ABŞ-ı ittiham etdi

Şimali Koreya Yaponiyanın NATO ilə yaxınlaşmasının və “gizli ittifaq” axtarışının arxasında ABŞ-ın dayandığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Koreyanın Koreya Mərkəzi Xəbər Agentliyi ABŞ-ın Asiya-Sakit okean regionunda hərbi blok yaratmağa çalışdığını açıqlayıb.

Şimali Koreya Xarici İşlər Nazirliyinin Yaponiya Araşdırmaları İnstitutundan Kim Sol-hva bildirib ki, NATO-nun Asiyada ilk dəfə Tokioda əlaqə ofisi açmaq planı Yaponiyanın NATO ilə “gizli ittifaqı”nın nümunələrindən biridir.

Yaponiyanın NATO ilə hərbi əlaqələrinin beynəlxalq ictimaiyyətdə "böyük narahatlıq" yaratdığını deyən Kim, NATO-nun Yaponiya ilə yaxınlaşmasının arxasında ABŞ-ın olduğunu və bu yolla NATO-nun Asiya versiyasını yaratmaqla Asiya-Sakit okean regionunda öz “hegemonluğunu” qorumağa çalışdığını iddia edib.

Manşet.az


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin