COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
20:03 - 18 İyun 2021
Space televiziyasının xəbərlər xidmətinin aparıcısı Turan İbrahimov tanınmış türkiyəli jurnalist Fulya Öztürk haqda çəkiləcək filmə etiraz edib.
Manşet.az xəbər verir ki, T.İbrahimov özünün sosial şəbəkə hesabında Fulya Öztürk haqda çəkiləcək filmhaqqında bunları yazıb:
“Türkiyəli həmkarımız Fulya Öztürk əslində heç bir fədakarlıq etməyib. Gördüyü iş ona çalışdığı media qurumu tərəfindən göstərilmiş böyük etimad idi. O da etimadı yüksək peşəkarlıqla doğruldub. Qarşılığında da gözəl maaş, əlavə bonus, mükafatlar və s. alıb.
Bəli, gözəl reportyorluq keyfiyyətləri, üstəlik də yaxşı artistizmi var. Məhz, artistizmidir onu xüsusi edən. Və təbii ki, həm də özünəməxsus, xoş xarici görünüşü.
Demək istədiyim odur ki, Fulya xanım haqqında çəkiləcək film nədir, nə üçündür bilmirəm, amma məncə, yersizdir. Həm də çox yersiz…”
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin