Bu restoranlar cərimələndi - TAM SİYAHI

17:10 - 18 İyun 2021

Bu restoranlar cərimələndi - TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 418 ictimai iaşə obyektində 732 monitorinq keçirib.

AQTA-dan Manşet.az-a verilən məlumata görə, monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 39 ünvanında yerləşən, hüquqi şəxs "Es-Er" MMC-yə məxsus "Biz-bizə" restoranı;

2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y. Əliyev küçəsi 82 ünvanında yerləşən, fiziki şəxs Osmanov Fərid Eldar oğluna məxsus "Kahkaha" restoranı;

3. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Qəmərov küçəsində yerləşən, fiziki şəxs Mustafayev Murad Əcələt oğluna məxsus "Ankara" restoranı;

4. Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi 2 ünvanında yerləşən, fiziki şəxs Mürşüdova Şəlalə Pəsərək qızına məxsus kafe;

5. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., Heydər Eyvazov küçəsində yerləşən, hüquqi şəxs "Fryday" MMC-yə məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Kazımova Nəsibə Bəşir qızına məxsus "Doyum" restoranı;

7. Bakı şəhəri, Yasamal rayonu, R. Şərifzadə küçəsi 13 ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Arif Əli oğluna məxsus "Daşfırın" restoranı;

8. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küç., ev 15 ünvanında yerləşən, hüquqi şəxs "İce Pack" MMC-yə məxsus kafe;

9. Bakı şəhəri, Nərimanov rayonu, Nizami Hacıyev küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Qədirzadə Nicat Bəxtiyar oğluna məxsus köz dönər evi;

10. Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən, fiziki şəxs Cəfərli Hüseyn Səfəralı oğluna məxsus "Altun lahmacun" kafesi;

11. Ağsu rayonu, Bakı-Qazax şosesinin 160-cı kilometrliyində yerləşən, fiziki şəxs Miriyev Əlisahab Əlisa oğluna məxsus kafe;

12. Quba rayonu, Qəçrəş kəndində yerləşən, fiziki şəxs Əliyev Firdovsi Fəxrəddin oğluna məxsus restoran;

13. Qəbələ rayonu, Vəndam kəndində yerləşən, fiziki şəxs Qasımov Abil Şamil oğluna məxsus kafe;

14. Tovuz rayonu, Abulbəyli kəndində yerləşən, fiziki şəxs Ələkbərov Kamran Vilayət oğluna məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin