Bakı Limanının yük dövriyyəsi 19% artdı

15:13 - 18 İyun 2021

Bakı Limanının yük dövriyyəsi 19% artdı

Bu ilin yanvar-may aylarında paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanının yük dövriyyəsi 2,5 milyon tondan çox olub.

Manşet.az  xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin departament rəisi Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Xatırladaq ki, 2020-ci ildə Bakı Limanının yük dövriyyəsi 4,8 milyon ton təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 20% çoxdur.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin