Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı

14:03 - 18 İyun 2021

Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı

Uzun müddətdir medianın diqqətindən kənarda qalan və özünə çəkilən yazıçı Əkrəm Əylislinin səhhətində ciddi problem yaranıb.

Manşet.az  Bakupost.az-a istinadən xəbər verir ki, 83 yaşlı yazıçının ürəyində şiddətli ağrılar var, yeriməkdə və danışmaqda çətinlik çəkir.

Hazırda ev şəraitində müalicə alan yazıçı hələ ki, xəstəxanaya yerləşdirilməyib.

Qeyd edək ki, 1937-ci il təvədllüdlü Əkrəm Əylisli "60-cılar” ədəbi nəslinin ən parlaq nümayəndələrindən biri sayılır. Xalq yazıçısı fəxri adına layiq görülmüş, "Şərəf”, "Şöhrət”, "İstiqlal” ordenləri ilə təltif edilmiş, 2005-ci ildə millət vəkili belə seçilmişdi.

Lakin "Daş yuxular” romanının Rusiyada dərcindən sonra Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "xalq yazıçısı" fəxri adından məhrum etdi. Ondan ordenləri də geri alındı.

O vaxtdan Əkrəm Əylisli özünə çəkilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin