COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
12:41 - 18 İyun 2021
Şənbə günü Bakıda sərnişin marşrutları fəaliyyətini yenidən dayandıracaq.
Manşet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq. Əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmıyaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.
Bakı Metropolitenindən isə BAKU.WS-ə bildirilib ki, sabah və bazar günü Bakı metrosu işləyəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin