"Space"nin yeni rəhbərindən gözlənilməz addım - İşçilərə ərizə yazmaq tapşırıldı (SƏBƏB)

12:09 - 18 İyun 2021

Space televiziyasının yeni Rəhbəri Müşfiq Hətəmov gözlənilməz addım atıb.

Manşet.az-ın əldə etdiyi məlumata görə, M.Hətəmovun tapşırığı ilə televiziyanın əməkdaşlarının böyük hissəsinə öz hesablarına məzuniyyətə çıxmaları barədə ərizə yazmaları tapşırılıb. Qərar ilk olaraq sürücülərə elan olunub. Yaxın günlərdə başqa departamentin işçilərinin də məzuniyyətə göndərilməsi planlaşdırılır. M.Hətəmovun bu qərarı işçilərin etirazına səbəb olub. Televiziyanın əməkdaşlarının iddiasına görə, kanalda böyük ixtisarın başlanılması planlaşdırılır.

Famil Fərhadoğlu


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin