İmran Xan terrorizmdə ittiham olunur

00:00 - 30 Noyabr -0001

İmran Xan terrorizmdə ittiham olunur

Pakistan polisi ölkənin keçmiş baş naziri və müxalifətdəki “Ədalət Uğrunda Hərəkat” Partiyasının sədri İmran Xana, onun 17 köməkçisinə və onlarla tərəfdarına qarşı terrorizm və digər qanun pozuntuları ittihamı irəli sürüb.

 

Manset.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, ittihamlar bir gün əvvəl İslamabadda Xanın kortejini müşayiət edən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə onun partiya tərəfdarları arasında toqquşmadan sonra irəli sürülüb.

Belə ki, hadisə İmran Xanın məhkəmə iclası ilə əlaqədar rayon məhkəməsinə gedərkən baş verib. 50-dən çox polis əməkdaşı yaralanıb, 59 Xan tərəfdarı həbs edilib.

İttihamlar siyahısında terrorizm, polis əməkdaşlarına işlərinə mane olmaq, asayiş keşikçilərinə hücum etmək, polis əməkdaşlarına xəsarət yetirmək və onların həyatını təhlükəyə atmaq kimi maddələr var.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin