Lavrov Şmidlə Qarabağdakı vəziyyəti müzakirə edəcək

16:58 - 17 İyun 2021

Lavrov Şmidlə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

Manşet.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, S. Lavrovun Müdafiə Nazirliyinin dəvəti ilə Moskvada keçiriləcək Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək ATƏT Baş katibi ilə iyunun 21-də görüşəcəyini qeyd edib.

“Görüş zamanı ATƏT-in regional münaqişələrin həllində rolu müzakirə olunacaq. Tərəflər Ukrayna, Dnestryanı, Qarabağ nizamlanması ilə bağlı hazırkı vəziyyət barədə fikir mübadiləsi aparacaqlar”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin