COP29-da tarixi qərar qəbul olundu
23 Noyabr 2024
16:01 - 17 İyun 2021
Ermənistanda keçiriləcək seçkilərdə əsas namizədlərdən biri kimi qəbul edilən Robert Köçəryan sensasion sayıla biləcək etiraflarla çıxış edib.
Manşet.az xəbər verir ki, Qarabağın, Şuşanın işğalında əvəzsiz rol oynamış Köçəryan müsahibəsində ilk dəfə olaraq soydaşlarının dediyi kimi, "Şuşi" deyil, məhz "Şuşa" sözlərini səsləndirib.
Seçkilərin favoriti olmağa iddialı Nikol Paşinyanın uğursuz siyasətini sərt tənqid edib və bildirib ki, Şuşa məsələsi həddən artıq incə məsələ idi və Paşinyan da bununla oynamamalı idi. Gedib orada rəqs etməməli, inauqurasiya keçirməməli idi. Əlavə edib ki, Paşinyan isə bütün bunların üstündən xətt çəkib bilərəkdən azərbaycanlıların hissiyyatı ilə oynamağa üstünlük verdi. Nəticədə də göz önündədir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin