Daha bir ölkədə komendant saatı və maska rejimi ləğv edilir

16:59 - 16 İyun 2021

Daha bir ölkədə komendant saatı və maska rejimi ləğv edilir

Fransada iyunun 21-də koronavirusa görə tətbiq edilmiş komendant saatı ləğv ediləcək.

Manşet.az  xəbər verir ki, bu barədə ölkənin baş naziri Jan Kasteks bildirib.

Məlumata görə, məcburi maska rejimi də ləğv edilir. Fransızlar artıq 17 iyun tarixindən açıq havada maska taxmayacaqlar. Maska taxmaq yalnız istisna hallarda, məsələn, izdihamlı yerlərdə, növbələrdə və bazarlarda, həmçinin qapalı yerlərdə tələb olunacaq.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin