Nazirlikdən xəbərdarlıq: Bu çimərliklərə getməyin -  SİYAHI

15:41 - 16 İyun 2021

Nazirlikdən xəbərdarlıq: Bu çimərliklərə getməyin -  SİYAHI

“2021-ci ildə çimərlik mövzusunun yaxınlaşması ilə əlaqədar olaraq tərəfimizdən və eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən Səhiyyə Nazirliyinin əməkdaşları ilə birgə Bakı şəhərinin inzaibati rayonları ərazisində fəaliyyət göstərəcək çimərliklərdən dəniz suyunun keyfiyyət götəricilərinin təyin olunması məqsədilə toksikoloji, radioloji, kimyəvi və baktereoloji müəyinələr üçün dəniz suyu nümunələri götürülüb”.

 

Manşet.az “Ölkə.az”-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Çimərlik mövzusunda danışarkən deyib. O bildirib ki, laboratoriyalarda bu dəniz suyunun tədqiqatı aparılır:

“Bir neçə dəfə tədqiqatlar aparıldıqdan sonra yekun nəticəyə gəlirik ki, hansı ərazilərdən vətəndaşlarımız səmərli istirahət edə bilər.

Qaradağ rayonu ərazisində Sahil çimərliyində, Səbail rayonunda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan və Xəzər rayonu ərazisindəki Türkan çimərliklərindən götürülmüş laboratoriya nümunələrinin baktereolji göstəriciləri standartlara uyğun gəlmir. 

Buna görə də həmin ərazilərdə vətəndaşların çimməsi müvafiq qərarlarla qadağan olunub”.

 


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin