SON DƏQİQƏ: Azərbaycanın tanınmış generalı 56 yaşında vəfat etdi - FOTO
23 Noyabr 2024
13:39 - 16 İyun 2021
"Bizim Türkiyə ilə köklərimiz birdir. Demək olar ki, dilimiz eynidir. Bu səbəbdən bir-birimizi başa düşürük. Bu da böyük üstünlükdür".
Manşet.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avro-2020-nin A qrupunda bu gün Bakıda keçiriləcək Uels - Türkiyə oyunu barədə danışarkən deyib.
O, Fransanın AFP agentliyinə açıqlamasında Azərbaycan və Türkiyənin qardaş ölkə olmasını xatırladıb: "Bugünkü matçda azərbaycanlı azarkeşlər Türkiyəyə böyük dəstək verəcək. Türkiyəli fanatlar üçün Bakıya səyahət etmək asandır, çünki birbaşa uçuşlar var. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın zəfərini qeyd etmək üçün burada olması iki ölkə arasındakı güclü əlaqələri göstərir. Bu, iki ölkə arasında qardaşlığın daha bir sübutudur. AFFA və Türkiyə Futbol Federasiyası Avro-2020-nin püşkatması zamanı da Türkiyə yığmasının oyunlarının Bakıya düşməsinə çox sevinib".
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə matçı saat 20:00-da başlayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin