Laçında zəlzələ anı - VİDEO
23 Noyabr 2024
09:11 - 15 İyun 2021
Ukrayna Prezidenti Vladimir Zelenski NATO sammitinin ölkəni hərbi bloka qəbul etmək niyyətini alqışlasa da, bu perspektivin vaxtını müəyyənləşdirməkdən imtina etdiyinə görə alyansı qınayıb.
Manşet.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Ukrayna NATO sammitinin dövlətimizin alyansa üzv olacağı barədə qərarını müsbət qarşıladı, Üzvlüyün Fəaliyyət Planı isə bu prosesin ayrılmaz hissəsidir. <...> Eyni zamanda, sammitin qərarında bizim NATO ilə yaxınlaşmağımızda ümid etdiyimiz növbəti addımların konkret vaxt çərçivəsi yoxdur”, - mətbuat xidməti Prezidentin Brüssel sammitindən sonrakı bəyanatından sitat gətirir.
Zelenski Ukraynanın ona təklif olunan islahatların həyata keçirilməsini davam etdirəcəyini bildirib. “Biz NATO-ya üzv olan dövlətlərlə uyğunluq standartlarına daha çox uyğun olmaq üçün təhlükəsizlik və müdafiə sahəsində islahatlar xəttini davam etdirəcəyik”, - deyə o qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin