Laçında zəlzələ anı - VİDEO
23 Noyabr 2024
08:43 - 15 İyun 2021
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Sünik əyalətinə 1 400 polis əməkdaşının müşayiəti ilə getməyə qərar verib.
Manşet.az xəbər verir ki, bu barədə “Past.am” agentliyi informasiya əldə edib.
Qeyd edilir ki, analoji vəziyyət vilayətlərə əvvəlki səfərlərdə, xüsusi halda, Loriyə və Ararata gedişlər zamanı da mövcud olub.
“Təhlükəsizliyin təmin olunması, ictimai asayişə riayət etmə öz özlüyündə - normaldır. Onda sual ortaya çıxır - hakimiyyət niyə polis resursundan belə sui-istifadə edir? İctimaiyyət arasında sual yaranır: məqsəd nədir? Və niyə polis ümumiyyətlə bu şıltaqlıqları yerinə yetirir?”, - agentlik yazıb.
Qeyd edək ki, Paşinyanın daha əvvəl də vətəndaşlarla "izdihamlı" görüşündə fırıldağı aşkarlanıb. Ermənistanın baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Abovyan şəhərinin sakinləri ilə görüşə öz adamlarını göndərib. Bildirilir ki, həmin şəxslər heç də Abovyan sakinləri olmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin