Türkiyədə 70 kq qızılla ələ keçən azərbaycanlının SAXLANILMA ANI - VİDEO
23 Noyabr 2024
10:44 - 14 İyun 2021
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində cinayət işi üzrə istintaq davam edir.
Manşet.az-ın əldə etdiyi məlumata görə, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva istintaqa çağrılıb. İstintaq zamanı rektorun ifadəsi alınıb.N.Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyən sabiq işçisi ilə üzləşdirilib.
Qeyd edək ki, D.Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.
Famil Fərhadoğlu
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin