"Səfəri Ağdama qayıtmağı vəd edərək bitirdik" - Hikmət Hacıyev

18:44 - 13 İyun 2021

“Ağdama 120-dən çox diplomatla etdiyimiz səfər ailə fotosunun çəkdirilməsi ilə başa çatdı”.

Manşet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

Hikmət Hacıyev qeyd edib ki, xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir, “ağıllı” Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırlar: “Arxamızdakı kran Ermənistanın 30 illik işğalı dövründə çevirdiyi xarabalığın, urbisidin və yara izlərinin aradan qaldırılmağa başlanılmasının əlamətidir”.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin