İcra başçısının oğlu, Qorxmaz Hüseynovun kürəkəni rəhbərliklə mübahisə etdi - İŞDƏN ÇIXDI - FOTO

14:22 - 13 İyun 2021

İcra başçısının oğlu, Qorxmaz Hüseynovun kürəkəni rəhbərliklə mübahisə etdi - İŞDƏN ÇIXDI - FOTO

“Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qızının əri,  icra başçısının oğlu Turan Həsənzadə işdən çıxıb.

Manşet.az  Müsavat.com-a istinadən xəbər verir ki, bir müddət əvvəl lüks avtomobili ilə sərxoş vəziyyətdə qəza törətməsi ilə gündəmə gələn Turan Həsənzadə Ədliyyə Nazirliyindəki vəzifəsindən ayrılıb.

Əldə etdiyimiz məlumata görə Turan Həsənzadə ilə rəhbərlik arasında narazılıq yaranıb. Generalla arasında yaranan mübahisədən sonra onun işdən çıxarılması qərarlaşdırılıb. Lakin T.Həsənzadə özü ərizə yazaraq işdən çıxıb.

Xatırladaq ki, martın 19-da gecə saat 1 radələrində qəza baş vermişdi. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə “Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurmuşdu.

Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər vəzifələrdən birini tuturdu. Onun atası Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur.



Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin