Prezidentdən Fərid Əhmədovla bağlı SƏRƏNCAM
22 Noyabr 2024
14:17 - 6 İyun 2021
Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimov Novosibirskidə qətlə yetirilmiş azərbaycanlı Vəkil Abdullayevin işi ilə bağlı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə danışıb.
Axar.az xəbər verir ki, bu barədə İlham Rəhimov Musavat.com-a açıqlamasında deyib.
İ.Rəhimov bildirib ki, Novosibirskdə yol polisi Aleksandr Qusev tərəfindən qətlə yetirilən Vəkil Abdullayevlə bağlı baş verənlər hər bir azərbaycanlı kimi onu da narahat edir. Buna və ölkə ictimaiyyətinin getdikcə artan narazılığına görə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə danışıb.
“Aleksandr Bastrıkinlə söhbət zamanı öncə aydınlaşdırdım ki, Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi, 19 yaşlı Vəkil Abdullayevi ölümcül yaralamış Aleksandr Qusevin barəsində cinayət işi xətm olunmayıb, davam edir. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı ilə əvəz olunub. Bunun qarşılığında mən də xahiş etdim ki, əgər belədirsə, bu cinayət işi üzrə saxlanılan iki azərbaycanlının da barəsində həbs qətimkan tədbiri dəyişdirilsin, onlara da Qusevlə eyni hüquqi prosedur tətbiq olunsun. Bastrıkin mənə söylədi ki, bu işin həssaslığının fərqindədir və onunla şəxsən özü məşğul olur. Mən Azərbaycan ictimaiyyətinin narahatlığını, Rusiya Prezidenti Vladimir Putinə müraciəti onun diqqətinə çatdırdım. Məlum oldu ki, bunlar barədə özünün də məlumatı var. Cinayət işinin obyektiv və ədalətli aparılacağı barədə söz verdi”.
Professor İlham Rəhimovun qənaətinə görə, Rusiya İstintaq Komitəsinin rəhbəri A.Bastrıkinlə bu telefon danışığı öz nəticəsini sabahdan etibarən verəcək: “Mən inanıram ki, günü sabahdan etibarən bu cinayət işində pozitiv istiqamətlər artacaq. Öncə, barələrində həbs qətimkan tədbiri seçilmiş iki soydaşımızın həbsdən çıxmasına nail ola bilərik. Daha sonra isə cinayət işinin ədalətli və qərəzsiz araşdırılmasının təmin olunması üçün əlimdən gələni edəcəyəm”, - Rəhimov bildirib.
A.Bastrıkin telefonla İlham Rəhimovu geri arayaraq, bəzi məsələləri dəqiqləşdirdiyini bildirib, öz əməkdaşlarına həbsdəki azərbaycanlılarla bağlı müvafiq tapşırıqlar verdiyini söyləyib, həftənin 1-ci günündən - yəni günü sabahdan etibarən bu işlə daha yaxından və bilavasitə məşğul olacağını ifadə edib.
Qeyd edək ki, A.Bastrıkin və onun təmsil etdiyi ölkə də Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının üzvüdür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin