Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
00:06 - 13 İyun 2021
Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu əvvəlcə prezident, sonra isə baş nazir adlandırıb.
Manşet.az xəbər verir ki, hadisə Qexarkunikdə seçkiqabağı mitinqdə çıxış zamanı olub. Paşinyan 15 erməni hərbçinin Azərbaycandan buraxılması və mina xəritəsinin verilməsindən danışıb.
" Nə vaxt ki, prezident... Rusiyanın baş naziri Sergey Lavrov Yerevana gəldi və bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri minalı ərazilər haqqında informasiya ilə bağlı çağırışla çıxış etdi...", - Paşinyan deyib.
Bu zaman onun arxasında dayanan xanımı Anna Akobyan və Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan Paşinyana gülüblər.
Paşinyan hərbçilərin qaytarılmasına görə ABŞ-a, Gürcstan rəhbərliyinə və Avropa üzrə müttəfiqlərə təşəkkür edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin