Şəhriyar Məmmədyarov yenə qalib gəldi

21:24 - 12 İyun 2021

Şəhriyar Məmmədyarov yenə qalib gəldi

Bu gün Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin yeddinci turunun oyunları keçirilir.

Manşet.az  xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda şahmatçımız Ş.Məmmədyarov daha bir qələbəyə imza atıb. Belə ki, ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edən təmsilçimiz liderliyini qoruyub. Teymur Rəcəbov isə ABŞ-ın digər şahmatçısı Uesli So ilə heç-heçə edib.

Turun digər oyunlarında niderlandlı Aniş Giri fransalı Maksim Vaşye-Laqrava qalib gəlib, Aleksandr Qrişuk (Rusiya) isə ermənistanlı Levon Aronyana uduzub. Rumıniya təmsilçisi Konstantin Lupuleskunun həmyerlisi Boqdan-Daniel Dyak ilə oyunu davam edir.

Qeyd edək ki, Ş.Məmmədyarov 5 xalla turnir cədvəlində birinci yerdədir. T.Rəcəbovun aktivində isə 3,5 xal var.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin