Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
18:38 - 12 İyun 2021
Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində İtaliya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Manşet.az xəbər verir ki, türkiyəli mütəxəssis 0:3 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:
“Avropa çempionatının açılış matçında meydan sahiblərinə gücümüzü göstərmək, onlara çətinlik yaşatmaq istəyirdik. Rəqiblə bərabər səviyyədə oynamağı, gözəl futbol sərgiləməyi düşünürdük. Amma bunu bacarmadıq. Rəqib bizdən üstün idi. Texniki cəhətdən bizdən daha üstün olduqlarını göstərdilər. Xüsusilə ilk hissədə rəqibin təzyiqindən qurtula bilmədik. İtaliya yığması topu ələ keçirəndə onu rahatlıqla vermir. Əvəzində bizdən topu daha rahat ala bilirdilər. Birinci hissədə rəqibin təzyiqinə dözə bilsək də, ikinci hissədə xüsusilə qol buraxdıqdan sonra oyuna nəzarəti daha da itirdik. Qarşımızda daha üstün rəqib vardı. Bizdən daha yaxşı olan rəqibə məğlub olduq. Oyunumuzun İtaliya yığmasından çox geri qaldığını gördük. Amma rəqib nə qədər güclü olsa da, biz də öz oyunumuzu sərgiləyə bilmədik. Bəlkə də ilk qolu buraxmasaydıq, daha da dirənə bilərdik. Bu oyunda qazanacağımız bir və ya üç xal bizə böyük fayda verərdi. Olmadı. Buna görə üzgünük. Qarşıda daha iki oyunumuz var. Hər ikisində qalib gəlməyə çalışacağıq. İlk oyun Uelsə qarşı olacaq. Ümid edirəm ki, həmin oyunda düşündüklərimizi meydanda göstərə və istədiyimiz nəticəni qazana biləcəyik”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin