Saatlıda 17 yaşlı oğlan suda boğuldu

19:57 - 13 İyul 2021

Saatlıda 17 yaşlı oğlan suda boğuldu

Saatlı rayonunda gənc oğlan suda boğulub.

Manset.az-ın məlumatına görə, rayonun Potubəyli kənd sakini, 2004-cü il təvəllüdlü Azadov Ramin Vahid oğlu Mil-Muğan kanalında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin