Vilayət Eyvazov böyük savaşa başladı - "Zəhər tacirləri" qorxu içindədir

15:11 - 13 İyul 2021

Vilayət Eyvazov böyük savaşa başladı -

Sosial şəbəkələrdə son günlər DİN-in apardığı narkotikə qarşı mübarizənin güclənməsindən doğan dəstək kampaniyası diqqət çəkir və maraqlı bir sual yaradır: Niyə bu kampaniya aparılır və yaxud aparılmalıdır? Buna nə ehtiyac var?

Azərbaycana qarşı narkosavaş

Manset.az xəbər verir ki, Narkotik ticarətinin son aylar xüsusilə pik həddə çatdığını bir müddətdir bütün siyasi xadimlər, millət vəkilləri və ictimaiyyət nümayəndələri ciddi narahatlıqla ifadə edirdilər. Sosial şəbəkələrdə, feyk profillər vasitəsilə aparılan satışların ölkəmizin gələcəyi üçün necə bir təhlükə yaratdığını təsəvvür etmək çətin deyil. Buna qarşı DİN-in apardığı mübarizə də bəzi hallarda ictimaiyyət tərəfindən birmənalı qarşılanmırdı. Arqumentlərdən biri isə o idi ki, bu cür böyük və total narko-hücumun qarşısında DİN-in müqaviməti yetərli deyil.

Yetərli olmamasının bir səbəbi isə hücum edənlərin “qaçan İP”-dən və çox ucuz, əlçatan qiymətdən istifadə etməsidir. Belə ki, feyk profillərin açılması, satış reklamı və bağlanması arasında o qədər qısa fərq olur ki, DİN peşəkarlarının o ünvanları müəyyənləşdirmə və əməliyyat qurma fürsəti əldən çıxır. Buna görə də bir çox millət vəkili və ictimaiyyət nümayəndəsi sosial şəbəkələrdə qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə aparılmasını və bu sahədə müəyyən tənzimləmələr həyata keçirilməsini alternativ kimi irəli sürürdülər.

Son aylar narkotik hücumunun səbəbləri sırasında isə Azərbaycanın tarixi zəfəri, Azərbaycan gəncliyinin və dövlətinin qüdrəti göstərilirdi. Azərbaycan yeganə dövlətdir ki, son onillər ərzində torpaq münaqişəsini öz ərazi bütövlüyü çərçivəsində həll etməyə nail olub. Üstəlik, nəzarətsiz, narkotik tranziti üçün münbit şərait yaradan işğaldakı torpaqlar artıq nəzarətə götürülüb. Bu ərazilərdəki narkotik plantasiyaları DİN-in keçirdiyi əməliyyatlarla məhv edilir, sərhədlərin bərpası və Dövlət Sərhəd Xidmətinin sərhədlərimizi tam nəzarətə götürməsi ilə narkoticarətə ağır zərbə endirilir.

Narkotacirlər artıq silaha əl atır

Bu proseslərin nəticəsidir ki, narkotacirlərin artıq aqressivləşdiyini müşahidə edirik. Azərbaycanın xüsusilə İranla sərhədində vaxtaşırı olaraq narkotik alverçilərinin yaxalanması ilə bağlı xəbərlər yayılır. Adətən narkotik alverçiləri sərhədçilərimizə tuş gəldikləri halda daşıdığı yükü atıb qaçmağa üstünlük verirdilər. Ancaq son vaxtlar narkotacirlərin və yaxud narkokuryerlərin silahlı müqaviməti müşahidə edilir. Hətta sərhəd pozucuları olan narkokuryerlər avtomat silahlardan belə istifadə edirlər. Bunun nəticəsində bir müddət öncə DSX-nın iki əsgəri şəhid oldu, yaralananlar da var.

Bu, Azərbaycanın narkotikə qarşı mübarizəsinə artıq silahlı müqavimət deməkdir. Narkotacirlər gəlirlərinin kəsildiyini görərək, qarşıdurmalara və savaşa getməkdən belə çəkinmirlər.

Paralel olaraq ölkə daxilində ən müxtəlif variantlardan istifadə edərək, gənclərin zəhərlənməsinə çalışırlar ki, bu artıq dövlətçiliyimizə qarşı planın tərkib hissəsi təsiri bağışlayır.

Vilayət Eyvazov açıq savaş elan etdi

Son 10 gündə DİN-in həyata keçirdiyi misilsiz əməliyyatlarla çoxsaylı narkotik alverçisi ələ keçirilib. DİN-in bu istiqamətdə apardığı olduqca uğurlu əməliyyat isə prosesin arxasında birbaşa general-polkovnik Vilayət Eyvazovun dayandığını təsdiqləyir. Bəzi mənbələrin verdiyi məlumata görə, V.Eyvazov narkotikə qarşı ən amansız mübarizə aparılması göstərişini verib və əməliyyatları da birbaşa nəzarətdə saxlayır.

Nazirə qarşı kampaniya başlayacaq

Sosial şəbəkələrdə DİN-in bu əməliyyatına qarşı narkotacirlərin göstərəcəyi müqavimətin fərqli formalarda olacağı haqda artıq siqnallar görünməkdədir. Belə ki, DİN-in ictimaiyyət arasındakı hazırkı nüfuzunu ləkələmək, bu strukturdakı müəyyən nöqsanları şişirtmək və bundan nazir əleyhinə istifadə etmək, eyni zamanda, DİN rəhbərliyinə qarşı qara piar əməliyyatının aparılacağı istisna edilmir. Bütün bu kampaniyalarda hədəf isə DİN-in narkotirarətə qarşı mübarizəsini ikinci plana keçirməkdir.

İctimai dəstəyə necə nail olmalı?

Adicə bir fakt: əgər 10 gün bundan öncə sosial şəbəkələrdə narkotik satışı az qala “hər addımda” qarşına çıxırdısa, indi sanki qurbağa gölünə daş atılıb. Bu isə onu deməyə əsas verir ki, DİN-in çox uğurlu əməliyyatları narkotik alverçilərini həyəcanlandırıb və onları “gözləmə mövqeyinə” çəkilməyə vadar edib. Bunun çox davam edəcəyini düşünmək isə mümkün deyil.

Böyük ehtimalla, narkotacirlərin və onların himayədarlarının bir müddətdən sonra antitəbliğat kampaniyası başlayacaq.

Və beləliklə, başda verdiyimiz sualın cavabı: İctimai və siyasi xadimlər, millət vəkillərinin artıq indidən DİN-ə dəstək olmağa çalışmasının səbəbi budur və alqışlanasıdır.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin