Qonşu ölkə pandemiyanın dördüncü dalğasına hazırlaşır

13:39 - 13 İyul 2021

Qonşu ölkə pandemiyanın dördüncü dalğasına hazırlaşır

“Gürcüstan çətin vəziyyətlə üz-üzədir, çox güman ki, pandemiyanın dördüncü dalğasına daxil ola bilərik”.

Manset.az  xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

O bildirib ki, ölkədə epidemioloji vəziyyət getdikcə pisləşir:

“Milli Mərkəz Koordinasiya Şurasına vaksinasiyanın intensivləşdirilməsi, testlənmənin daha da genişləndirilməsi və mövcud qayda və məhdudiyətlərə tam əməl edilməsi ilə bağlı tövsiyələr təqdim edib”.

Baş epidemioloq həmçinin təklif edib ki, konfrans və toplantılarda vaksinin hər iki dozasını vurdurmuş və ya son 72 saat ərzində aparılmış PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim edən şəxslərin iştirakına icazə verilsin.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin