Din xadimlərinin vaksinasiyası başa çatıb - QMİ

12:48 - 13 İyul 2021

Din xadimlərinin vaksinasiyası başa çatıb - QMİ

Azərbaycanda din xadimlərinin vaksinasiyası başa çatıb.

Bu barədə Manset.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin müavini Hacı Fuad Nurullayev deyib.

"Çünki məscidlər açılandan sonra din xadimi orada imamlıq edir və namazda durur. Ona görə onların vaksinasiyası mütləq olmalı idi. QMİ də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət edərək din xadimlərinin vaksinasiyasını təşkil elədi və kimlər ki, vaksinasiyadan keçməmişdi onların da hamısı peyvənd olundular. Sadəcə olaraq, ola bilər ki, keçirdiyi xəstəliklə əlaqədar bir neçə din xadiminə peyvənd vurulması tövsiyə olunmayıb. Onlar da müəyyən vaxtdan sonra vaksinasiya olunacaq", - QMİ rəsmisi bildirib.

Qeyd edək ki, Azərbaycanda iyunun 10-dan dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin