Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
11:17 - 13 İyul 2021
Sevindirici haldır ki, Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş miqyas alıb. Bu ilin aprel və may aylarında bu zümrədən olan insanlar diqqətdən yayınmayıb. Nazir Sahil Babayev erməni işğalı nəticəsində həlak olmuş şəxslərin ailələrinə və Qarabağ müharibəsi əlillərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində 30 mənzilin təqdim edilməsi tədbirində iştirak edib. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov orda olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qaradağ rayonu “Ümid” qəsəbəsində mənzillərlə təmin edilən bir qrup şəhid ailəsi və müharibə əlilinə qardaş ölkə Türkiyənin “İstikbal” şirkəti tərəfindən Ramazan hədiyyəsi edilib.
Sosial tərəfdaşlıq çərçivəsində şirkət həmin qəsəbədə mənzillə təmin olunmuş şəhid ailələri və müharibə əlillərinin bir hissəsinin mənzillərinin mebellə təminatını öz üzərinə götürüb. Onların mənzilləri divan, kreslo, çarpayı və bu kimi digər mebel avadanlıqları ilə təchiz edilib.
Manset.az xəbər verir ki, ümumilikdə 26 ailəyə zəruri mebel avadanlıqları təqdim olunub ki, onlardan 12-si şəhid ailəsi, 14-ü isə Qarabağ müharibəsi əlilinin ailəsidir
Bura qədər əla. Ev alanlar elə bilirdilər ki, mebelləri də dövlət yəni Sosial Müdafiə Nazirliyi verib.
Elə belədə biləcəkdilər, əgər sonraki hadisələr baş verməsə idi. Mebel hədiyyəsi alan ailələr əvvəl fikir verməsələr də, sonra gördülər ki, mebellərin bəzi hissələri çatışmlr.Məsələn çarpayıların başlığı verilməyib.Təbii hamı fikirləşdi ki, yəqin ki, yaddan çıxıb. Hədiyyəsi “yarımçıq” olanlar ƏƏSN-nə müraciət edəndə ordan bildirdilər ki, bu mebelləri Türkiyənin "İstikbal " şirkəti qazi və şəhid ailələrinə hədiyyə edib. Nazirlik ancaq vasitəçi rolunu oynayıb. Yani mebellər "İstikbal" şirkətinin anbarlarından çıxıb, bir başa qazi və əlillırin evlərinə gətirilib. Deməli, səhvlik şirkətin anbarında baş verib. Ora müraciət edəndə isə “İstikbal”çılar cavab verdi ki, çarpayılar elə başlıqsız verilib, çünki başlıqları yoxdur. Deməli belə başa düşülür ki, əslində "İstikbal" şirkəti anbarlarında qalan "brak" mallardan qazi və şəhid ailələrinə “həddiyyə veririk” adı ilə canını qurtarıb.
Kiçik bir xatırlatma
Türk mebel sənayesinin lider markalarından biri olan “İstikbal” yatırımlarını davam etdirir. “Erciyes Anadolu Holding”in mebel sektorundakı flaqmanı olan “İstikbal” qardaş ölkə Azərbaycanda mağaza şəbəkəsini genişləndirir.
Maraqlıdır ki, bu ilin mart ayının son günündə paytaxt Bakıda yenilənən 3000 kvadrat metrlik mağazasını Azərbaycan xalqının xidmətinə verən şirkət, Sumqayıt şəhərində də sahəsi 700 kvadrat metr olan yeni mağazasını açdı. Qardaş ölkədə ilk mağazasını 2003-cü ildə açan “İstikbal”, son açılışı ilə ölkədəki mağaza şəbəkəsinin sayını 8-ə çatdırdı.
Açılışa Türkiyə Əmanətlərin Sığortalanması Fondunun sədri Muhiddin Gülal, “Erciyes Anadolu Holding”in CEO-su Alpaslan Baki Ertekin, “İstikbal” mebelin Baş direktoru Mehmet Ali Yörük başda olmaqla bir çox qonaq qatılıb.
Açılışda çıxış edən “Erciyes Anadolu Holding”in icraçı direktoru Alpaslan Baki Ertekin “İstikbal” mebelin Azərbaycandakı uğurları, xüsusən “Made in Turkey” ifadəsinin keyfiyyətə bərabər tutulmasının onlara cəsarət verdiyini söylədi.
Ertekin bu müvəffəqiyyəti və türk mebellərinin keyfiyyətini xaricdəki istehlakçılara çatdırmaq istədiklərini, bölgədəki investisiyalarının davam edəcəyini ifadə etdi.
Son illərdə Azərbaycan iqtisadiyyatındakı inkişaf və Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri, türk məhsullarına olan tələbatı artırır. “İstikbal” mebelin ölkə ərazisində yüzdə 95 tanınması və keyfiyyətin yüksək olması markaya olan inamı daha da artırır.
Qardaş ölkədə mağaza sayını artırmağı hədəfləyən “İstikbal”, gələcəkdə Qarabağda və Azərbaycanın cənubunda da mağazalar açmağı planlaşdırır. “Erciyes Anadolu Holding”in Azərbaycanda 13 mağazası var ki, onlardan 8-i “İstikbal”, 4-ü “Bellona”, 1-i isə “Mondi”dir.
Qeyd edək ki, açılışda “Biz iki gözdən axan tək damla yaşıq” adlı videoçarx qonaqlara təqdim olundu.
Videoçarxda 1915-ci ildə Birinci dünya müharibəsi zamanı Çanaqqala uğrunda gedən döyüşlərdə azərbaycanlıların türk ordusuna verdiyi dəstəyin, həmçinin 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində tarix yazan qələbəsinin türk qardaşlarımız tərəfindən sevinclə qarşılanmasının görüntüləri əks olundu.
Əl tutmaq Əlidən (həzrəti əleyhüssəlam) qalıb. Hələ insanların əməyindən istifadə edərək qazandığın qazancdan kiməsə pay vermək, əl tutmaq Allah qatında ən böyük savablardan hesab olunur.
Uzun sözün qısası “sınıq mebel” əməliyyatını Türkiyənin ən böyük şirkətlərindən olan "İstikbal" və bizim TV reklamlarından "Bellona" kimi tanıdığımız bu şirkətlər qrupundan heç gözləmədiyimiz bir hərəkət saymaq olar. Adına “sayğısızlıq” və “hörmətsizlik”də deyə bilərsiniz!
Hədiyyəni hədiyyə kimi verirsinizsə, mütləq onu sağlam və tam şəkildə verin! Öz adınıza layiq! İşdir əgər öz adınız umrunuzda deyilsə.
Hədiyyəyə layiq gördüyünüz şəxslərin adını layiqləndirin! Hələ hədiyyə verdiyiniz şəxslər Qarabağ müharibəsində canını fəda etmiş şəhidlərimizin ailəsidirsə, yarımcan olan qazilərimizdirsə!
Yox, əgər verdiyiniz hədiyyə sınıq-salxaq olacaqsa, lütfən onu heç kəsə “sırımayın”! Yaralı və dərdli insanlara isə əsla!
P.S. Bu məsələ ilə bağlı şirkətə məktub ünvanlasaqda hələlik heç bir cavab ala bilməmişik. Lakin buna baxmayaraq bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin