Məşhur şadlıq saraylarının rəhbərləri haqda cinayət işi başlanıldı

16:52 - 12 İyul 2021

Məşhur şadlıq saraylarının rəhbərləri haqda cinayət işi başlanıldı

Bakıda toylarla bağlı qaydaları pozan restoran və şadlıq saraylarının rəhbərləri barədə cinayət işi başlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, son 3 gün ərzində paytaxtda yerləşən 300-ə yaxın şadlıq saraylarında analoji yoxlamalar aparılıb.

Nəticədə 12 şadlıq sarayında («Gülüstan»,  «Golden Baku», «Billur», «Kral», «Aura», «SS Hall», «Ərzurum», «Neon Palace», «Kleopatra», «Sevən ürəklər», «Xan bağı», «Şuşa») xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən edildiyindən, hər bir fakt üzrə Cinayət Məcəlləsinin 139-1-ci maddəsilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar.

4 şadlıq sarayı və 1 restoranda isə («Yeganə», «Amor», «İdeal», «Retro», «Səda») aşkar edilmiş qayda pozuntularına görə İXM-in 211-ci maddəsilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib.

Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilir. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb.

Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin