Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
27 Noyabr 2024
12:57 - 12 İyul 2021
Sumqayıtda fəaliyyət göstərən şadlıq saraylarında monitorinqlərə başlanılıb.
Manset.az-ın məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarından ibarət yaradılan monitorinq qrupları şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarında yoxlamalara başlayıblar. Monitorinqlər zamanı 10-dan çox şadlıq sarayında Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunmasının vəziyyəti yoxlanılıb. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi, iştirakçıların COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlər yoxlanılıb. Bir sıra restoranlarda şənlik iştirakçılarının təsdiqedici sənədi olmaması müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb, onlar xəbərdarlıq edilərək geri qaytarılıb. Bununla yanaşı, şənlik mərasimlərinin keçirildiyi bir sıra obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunmadığı müəyyən edilib. Monitorinq zamanı "Sərin su”, "Dörd qardaş” və "Xanədan” şadlıq saraylarında karantin qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, həmin obyektlərdə keçirilən şənliklər barəsində məlumatların portala daxil edilmədiyi aşkarlanıb. Şadlıq sarayı sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 manat cərimə ediliblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin