Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
27 Noyabr 2024
17:55 - 11 İyul 2021
İyulun 5-də Tbilisidə homofob qrupların hücumuna məruz qalan gürcü teleoperator vəfat edib.
Manset.az xəbər verir ki, bununla bağlı Gürcüstan İctimai Televiziyası məlumat yayıb.
Bildirilib ki, “Pirveli” telekanalının operatoru Lekso Laşkarava bu gün öz yatağında ölü olaraq aşkarlanıb.
Media təmsilçisinin ölüm səbəbi hələlik açıqlanmayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi teleoperator Laşkaravanın ölümü ilə bağlı “intihar həddinə çatdırma” maddəsi ilə istintaq başlayıb, müvafiq məhkəmə-tibbi ekspertizası təyin edilib.
Media işçisinə hücumla əlaqədar iki nəfəri saxlanılıb.
Qeyd edək ki, son günlər Tbilisidə özlərini ənənəvi dəyərlərin qoruyucuları adlandıran LGBT əleyhdarları aksiyalar keçirib. Buna səbəb isə “Tbilisi Pride” qeyri-hökumət təşkilatının iyulun 5-də paytaxtda LGBT icmasına dəstək məqsədli “Ləqayət marşı” keçirmək istəməsi olub. Bu aksiyalar zamanı etirazçılar jurnalistlərə qarşı kobud davranış sərgiləyiblər.
Gürcüstan DİN-in məlumatına əsasən, qarşıdurmalar zamanı jurnalist, operator və fotoqraflardan ibarət 53 nəfər xəsarət alıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin