Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər
27 Noyabr 2024
18:47 - 9 İyul 2021
“İcaze.e-gov.az” portalı vasitəsilə şənlik mərasimlərinin sistemə daxil edilməsi ilə bağlı proses avqust ayında da davam edəcək”.
Manset.az xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı məlumat verib.
Belə ki, sosial mediada avqust ayından etibarən restoranların şənlik mərasimlərinin keçirilməsinə dair müraciətləri dayandırdığı ilə bağlı iddialar mövcuddur. Bu iddialara cavab verən Aynur Qurbanlı bildirib ki, qurum tərəfindən belə bir məlumat verilməyib:
“Biz tərəfdən proses avqust ayında da davam etdiriləcək. Bu məsələ ilə bağlı hər hansı qərar mövcud deyil. Biz tərəfdən bütün məsələlər qərarla tənzimlənir”.
Qurum rəsmisi eləcə də, Məhərrəmlik ayında toyların keçirilməsi məsələsinə də toxunub:
“Məhərrəmlik ayı ilə bağlı qərarda heç bir əlavə qeyd nəzərdə tutulmayıb. Pandemiya zamanı istənilən vaxt tədbir keçirmək mümkündür. Qanunda bu məsələ ilə bağlı hansısa qadağa nəzərdə tutulmayıb”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən xüsusi karantin rejimində Azərbaycanda şənliklərin keçirilməsi “icaze.e-gov.az” saytı ilə tənzimlənir. Sistemə mühüm səlahiyyətli şəxs, yəni məkanın rəhbər şəxsi “ASAN Login” və ya elektron imza ilə giriş edərək müvafiq tələb edilən məlumatları daxil edə bilər.
Oxu.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin