Vilayət Eyvazov rəisin intiharına görə iclas keçirir - Video

13:50 - 9 İyul 2021

Vilayət Eyvazov rəisin intiharına görə iclas keçirir - Video

Bu gün səhər saatlarında polis rəisinin xidməti otağında intihar etdiyi şöbənin önündən videogörüntülər yayılıb.

Manset.az xəbər verir ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev şöbədə özünü ürəyindən güllələyərək öldürüb.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Qeyd edək ki, bu dəqiqələrdə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirlikdə videokonfrans formatında kollegiya iclası keçirilir.

 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin