Neftçalada qardaşını öldürən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI

10:38 - 9 İyul 2021

Neftçalada qardaşını öldürən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI

 

  •  
  •  
  •  

  •  
  •  

  •  
  •  
HADİSƏ

9 İyul , 2021 10:32

Neftçalada qardaşını öldürən şəxslə bağlı cinayət işi açılıb

Neftçalada qardaşını öldürən şəxslə bağlı cinayət işi açılıb

İyulun 8-i saat 12 radələrində Neftçala rayonu, Həsənabad qəsəbə sakini Zaur Məmmədovun almış olduğu xəsarətlər nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Manset.az-a Neftçala Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı Vahid Məmmədovun ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Zaur Məmmədovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Vahid Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin