Azərbaycanda yenidən sərt karantin tətbiq edilə bilər? - AÇIQLAMA

14:57 - 8 İyul 2021

Azərbaycanda yenidən sərt karantin tətbiq edilə bilər? - AÇIQLAMA

“Pandemiya nə Azərbaycanda, nə də dünyada bitməyib. Qarşıdan gələn payız mövsümündə nələrlə qarşılaşacağımızı təxmin edə bilirik”.

Manset.az  xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

H.Harmancının sözlərinə görə, qarşıdakı aylarda sərt karantin rejimininin tətbiqi iki nüansdan asılıdır:

“Birinci insanların davranışlarından, karantin qaydalarına necə əməl etmələrindən, ikinci isə sentyabr-oktyabr aylarında hökumətin alacağı qabaqlayıcı tədbirlərdən asılıdır.

Əgər hər kəs pandemiyanın bitdiyi kimi davranarsa, biz qarşıdakı aylarda yoluxma saylarında ciddi artımlarla qarşılaşa bilərik”.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin