Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər - Menyu 400 manat
27 Noyabr 2024
11:05 - 8 İyul 2021
Müdafiə naziri Zakir Həsənov icra başçısının oğlunu Fəxri Fərmanla təltif edib.
Manset.az xəbər verir ki, bu faktı bloger Mehman Hüseynov ictimailəşdirib. O bildirib ki, nazir Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlunu bu fərmana layiq görüb. Blogger iddia edib ki, nazir bir çox məmur övladına öz imzası ilə "Fəxri Fərman” diplomu verib:
"Təsəvvür edin, döyüşdə can qoyan, qazi olan, yaralanan hərbçilərinin bəziləri medalsız qalıb, bir neçə gündür buna görə nazirliyin qabağına gəlib, haqlarını tələb edirlər, hələ bir qınanılırlar da ki, "medala görə döyüşmüsüz?!" Medal məsələsi deyil, haqq, ədalət məsələsidir. Bir çox hərbçilərimizə haqsızlıq, ədalətsizlik olunub. Amma müharibədə iştirak etməyən məmur balalarına nazir Zakir Həsənov tappa-tarap fəxri diplomlar paylayır.
Bəs Ənvərli Ənvər Adil oğlu bilirsiz kimdir? Sabunçu rayon icra başçısı Adil Vəliyevin oğlu”, - bloger qeyd edib.
İttihamlara Sabunçu Rayon İcra Hakimiyyəti cavab verməkdən imtina edib. Bildiriblər ki, Ənvər Ənvərli bu işləri iş adamı olaraq görüb və suallar da ona ünvanlanmalıdır.
Musavat.com onun rəhbərlik etdiyi "21-ci Əsr” MTK ilə əlaqə saxlayıb.
MTK-dan bildirdilər ki, Ənvər Ənvərli 44 günlük Vətən müharibəsi zamanı orduya, müharibədən sonra isə şəhid və qazi ailələrinə imkanları daxilində kömək edib: "Ənvər Ənvərli bu işlər üçün xərcləməyi planlaşdırdığı məbləğdən daha artıq vəsait xərcləyib və yenə də xərcləməkdədir. Müdafiə Nazirliyinin rəhbərliyi də sağ olsun, onun xidmətlərini nəzərə alıb, təltif edib. Məgər təltif olunan təkcə Ənvər Ənvərlidir? Digər tərəfdən, Ənvər Ənvərli bu işləri təltif olunmaq üçün etməyib axı. Harada yazılıb ki, hər hansı bir iş adamı xalqa, orduya dəstək ola bilməz? Biz də bu müzakirələrlə tanışıq və sual edirik: iş adamı orduya, qazilərə və şəhid ailələrinə dəstək verə bilməz? Bu nə yanaşmadır?”
MTK rəsmisi "təltifdə Ənvər Ənvərlinin orduya dəstək verdiyi qeyd olunub, sirr deyilsə, bu məqsədə nə qədər vəsait ayrılıb” sualına belə cavab verib:
"Ordumuza dəstək verib. Ümumilikdə şəhid ailələri və qazilərə verilən dəstək nəzərdə tutulandan dəfələrlə artıqdır və belə yardımlar davam etdirilməkdədir. Müharibə günlərində Füzuli və digər rayonların ərazisində döyüşən əsgərlərimizə də əlimizdən gələn köməyi əsirgəmədik, yardımlar apardıq. Ənvər Ənvərli müharibədən sonra da şəhid ailələrini, qazilərimizi diqqətdə saxlamaqdadır. Sumqayıtda yaşayan qazi Camal Alxasova maşın bağışlayıb. Bu, onun özünün şəxsi istəyi ilə baş tutub. Kimlər bu məsələləri dərindən öyrənmək istəyirsə, gedib araşdırsınlar”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin