İtaliyanın finalda rəqibi bəlli oldu

07:35 - 8 İyul 2021

İtaliyanın  finalda rəqibi bəlli oldu

Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

Manset.az-ın məlumatına görə, bu raundun son görüşündə İngiltərə və Danimarka yığmaları üz-üzə gəliblər. Londondakı "Uembli" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı Skandinaviya təmsilçisi açıb. 30-cu dəqiqədə Mikkel Damsqor cərimə zərbəsindən baxımlı qol vurub. Bu, ingilislərin AVRO-2020-də buraxdığı ilk top olub. Cəmi 9 dəqiqə sonra britaniyalılar tarazlığı bərpa ediblər. Danimarkanın kapitanı Simon Kyaer topu öz qapısından keçirib.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, əlavə vaxt oynanılıb. 104-cü dəqiqədə İniltərə millisinin kapitanı Harri Keynin yerinə yetirdiyi penalti zərbəsini Kasper Şmeyxel qaytarsa da, özünü topa hamıdan tez çatdıran hücumçu komandasının qələbə qolunu vurub. Beləliklə, ingilislər tarixində ilk dəfə finala vəsiqə qazanıblar. Onların həlledici oyundakı rəqibi İtaliya yığması olacaq.

Qeyd edək ki, final qarşılaşması iyulun 11-də "Uembli" stadionunda gerçəkləşəcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin