Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
14:32 - 7 İyul 2021
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun müflis olduğu deyilir.
Manset.az Yenicag.az-a istinadən xəbər verir ki, QSC sədri həm Azərbaycandakı, həm də xaricdəki yaşayış və qeyri-yaşayış obyektlərini satışa çıxarıb.
Məlumata görə, Cavid Qurbanov “Topaz”dakı payını da satmaq istəyir və bunun üçün alıcı da axtarır.
Cavid Qurbanov tikdirdiyi və və tikdirməkdə olduğu binaların sənədlərini banklara qoyub, böyük miqdarda pul götürdüyü də əldə edilən məlumatlar arasındadır. Cavid Qurbanovun bu addımı atmasının səbəbi bəlli deyil. Ehtimal edilir ki, yaxın günlərdə Cavid Qurbanovun vəzifədən kənarlaşması da gündəmə gələ bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin