Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
14:00 - 7 İyul 2021
“Qızımı tapşıracaq etibarlı bir yer axtarıram. Çox yorulmuşam, ona təhlükəsiz yer tapıb intihar etmək istəyirəm”
Manset.az xəbər verir ki, bu sözləri “oxu.az”a sosial şəbəkələrdə paylaşılan bir foto ilə hər kəsin diqqətini özünə çəkən Şövkət Əliyeva deyib.
Sosial şəbəkələrdə xanımın intihara hazırlaşdığına dair bir çox məlumatlar paylaşıldı. Məsələni dəqiqləşdirmək üçün Şövkət Əliyeva ilə əlaqə saxlanıldı.
Hər tezdən qızı ilə küçələri süpürərək bir qarnı ac, bir qarnı tox dolanan Ş.Əliyeva deyir ki, işsizlikdən bu fikirə düşüb:
“Heç kimdən şikayətçi deyiləm. Zülm çəksəm də, işim var idi. Amma hazırkı vəziyyətim əvvəlki halımdan qat-qat ağırdır.
Ağır olsa da, işim vardı. İndi işimdən də olmuşam. Nə işim var, nə də dolanışığım. Bir çox qurumla əlaqə saxladılar, köməklik göstərəcəklərini dedilər, lakin heç kim köməklik göstərmədi. Ancaq təsəlli verirlər.
Çox yorulmuşam, artıq tək çıxış yolunu intiharda görürəm. Sığınacaqda, eləcə də əhalinin göndərdiyi yardımlara görə minnətdaram. Amma bu yardımlar bu gün var, sabah yoxdur. Mən uşağımı xalqdan gələn yardımlarla saxlaya bilmərəm.
Evim yaman gündədir. Borc ala-ala özümə bir daxma düzəldirdim, indi onu da edə bilmirəm. Borc sahibləri qapıma dayanıb, təhqir edirlər.
Haqlı olaraq pullarını istəyirlər. Əlimdən heç nə gəlmir, artıq çox yorulmuşam. Tək çıxış yolu kimi daha intihar etməyi düşünürəm”.
Xatırladaq ki, söhbət hər gün sübh tezdən qızı Ayan ilə küçələri süpürən və bir gün fotoqraf Nuran Məmmədovun kamerasına tuş gələrək insanların diqqətini özünə çəkən ana ilə balaca qızından gedir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin