Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
13:37 - 7 İyul 2021
Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb.
Manset.az xəbər verir ki, bu barədə Lent.az-a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib.
O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyəti üzrə təhvil verilib:
“80 faiz əminik ki, sözügedən qəbir Məhəmmədhüseyn xana məxsusdur. Ancaq bu ekspertizadan və araşdırmalardan sonra tam təsdiqini tapacaq”.
Xatırladaq ki, bu barədə ilk məlumat Lent.az-da yayımlanıb.
Əlavə edək ki, Məhəmmədhüseyn xan Müştaq 1759–1780-cı illərdə Şəki xanı olub. Onun qəbri iyulun 2-də Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə tapılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin