Şəkidə məsciddə xanın qəbri tapıldı - 3 əsrin skledi - FOTOLAR

13:37 - 7 İyul 2021

Şəkidə məsciddə xanın qəbri tapıldı - 3 əsrin skledi - FOTOLAR

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb.

Manset.az  xəbər verir ki, bu barədə Lent.az-a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib.

O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyəti üzrə təhvil verilib:

“80 faiz əminik ki, sözügedən qəbir Məhəmmədhüseyn xana məxsusdur. Ancaq bu ekspertizadan və araşdırmalardan sonra tam təsdiqini tapacaq”.

Xatırladaq ki, bu barədə ilk məlumat Lent.az-da yayımlanıb.

Əlavə edək ki, Məhəmmədhüseyn xan Müştaq 1759–1780-cı illərdə Şəki xanı olub. Onun qəbri iyulun 2-də Şəki Xan məscidinin içində, 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə tapılıb.



Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin