Media orqanı digər KİV-in informasiyasından istinadsız istifadə edə bilməyəcək

13:18 - 7 İyul 2021

Media orqanı digər KİV-in informasiyasından istinadsız istifadə edə bilməyəcək

Azərbaycanda KİV-lərin digər media orqanlarına məxsus informasiyalardan hansı hallarda istifadə edə biləcəyi açıqlanıb.

Manset.az report-a istinadən xəbər verir ki, “Media haqqında” yeni qanun layihəsində qeyd edilib ki, abunəlik və müqavilə olmadıqda media subyekti mütləq digər media subyektinin informasiyasının üçdə birinə (1/3) istinad etməklə istifadə edə bilər.

Bununla da media subyektində yayımlanan eksklüziv, özəl xəbərləri olduğu kimi digər media subyekti öz adından verə bilməz. Mütləq həmin informasiyanın istinad edilməklə üçdə birindən (1/3) istifadə edilməlidir.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin