Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
15:54 - 6 İyul 2021
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin sakinlərinin şikayəti əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilib.
Manset.az xəbər verir ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Baş məsləhətçi müfəttişi Fərid Süleymanlı Report-a açıqlamasında bildirib ki, vətəndaşların kültəvi şikayəti əsasında hadisə yerinə dəfələrlə baxış keçirilib:
“Binanın zirzəmisində qapı-pəncərə boşluqları açılıb. Dəfələrlə müraciət etməyimizə baxmayaraq qapı-pəncərə boşluqları bağlanmış, sonradan yenidən açılıb. AAAF yaşayış kompleksinə və Abşeron rayon rəhbərliyinə müvafiq tədbirlərin görülməsi üçün dəfələrlə yazılı müraciət edilib. FHN tərəfindən ərazidə tikinti işlərinin dayandırılması üçün yaşayış kompleksinin rəhbərliyinə qərar verilib ki, qanunauyğunluq təmin olunsun. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Hazırda zirzəmirdə təmir işləri aparılır. Kompleks rəhbərliyinə vəzifəli şəxs kimi protokol tərtib olunacaq”.
İşlərin dayandırılması üçün ərazi FHN əməkdaşları tərəfindən lentlənib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin