Gürcüstanda Hindistan ştammına yoluxma hallarının sayı 50-ni keçdi

15:33 - 6 İyul 2021

Gürcüstanda Hindistan ştammına yoluxma hallarının sayı 50-ni keçdi

Hazırkı dövrədək Gürcüstanda koronavirusun Hindistan ştammına 52 yoluxma halı qeydə alınıb.

Manset.az  xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

Onun sözlərinə görə, beş şübhəli yoluxma faktı üzrə araşdırmalar davam etdirilir.
Nazir müavini qeyd edib ki, Hindistan ştammının ölkə üzrə yayılma göstəricisi 10 %-dən 20 %-dək təşkil edir: "Delta ştammının daha çox yayılması riski var. Buna görə də biz xüsusilə ehtiyatlı olmalıyıq".


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin