Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
14:03 - 6 İyul 2021
Tacikistan Prezidenti İmomali Rahmon Tacikistan-Əfqanıstan sərhədini gücləndirmək məqsədi ilə ehtiyatda olan 20 min hərbçinin orduya çağırılması barədə sərəncam imzalayıb.
Manset.az “Azadlıq” radiosunun tacik xidmətinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları iyulun 5-də “Taliban” hərəkatı silahlılarının Əfqanıstanın Bədəxşan əyalətinin Xoxon, Şikay, Nusay, Mohimay, Şuqnon və Sultan İşkaşim rayonlarını ələ keçirdiyini açıqlayıb.
Əfqanıstanla Tacikistanın Bədəxşan əyaləti istiqamətində sərhədinin uzunluğu 910 km-dir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin