Vətən Müharibəsi qazisi koronavirusdan öldü - FOTOLAR

11:25 - 6 İyul 2021

Vətən Müharibəsi qazisi koronavirusdan öldü - FOTOLAR

Vətən Müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.

Manset.az  xəbər verir ki, bu barədə “lent.az”a mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-ə yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki. E.Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb.

Allah rəhmət eləsin!



Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin